
İsveç millisinin iki azarkeşini qətlə yetirən şəxs aldığı güllə yarasından həyatını itirib.
Sportnet.az xəbər verir ki, bu barədə RTBF məlumat yayıb. Bildirilib ki, cinayətkar saxlanılan zaman ondan atəş açdığı aşkarlanıb. Cinayəti törədən şəxsin Tunis əsilli Lassoued Abdeslam olduğu ortaya çıxıb. O, mühacirət üçün Belçikaya gedibmiş və bir neçə növ silaha sahib olub.
Onun saxlanılması üçün polisin keçirdiyi əməliyyat zamanı sinəsindən ağır yara aldığı bildirilib. Son məlumata əsasən, hadisəni törədən şəxs ambulansla xəstəxanaya aparılarkən yolda keçinib.
Xatırladaq ki, dünən Brüsseldə (Belçika) Avropa çempionatının seçmə mərhələsinin Belçika - İsveç matçı öncəsi iki isveçli azarkeş güllələnib. Birinci hissədən sonra oyun dayandırılıb və davam etdirilməyib. Fasiləyə qədər komandalar hərəyə bir qol vurublar.