Misli Premyer Liqasının 12-ci turu "Neftçi"nin iki futbolçusu üçün əlamətdar olub.
Sportnet.az xəbər verir ki, Bakı təmsilçisinin oyunçularından Filip Ozobiç Azərbaycan çempionatlarında 150-ci oyununu sabiq komandası “Qəbələ”yə qarşı keçirib. Onun hesabında 51 qol var. 2016/17 mövsümündə bu klubda debüt edən yarımmüdafiəçi Qəbələnin eyniadlı təmsilçisində 46 (16 qol), “Qarabağ”da 95 (35 qol) oyunda forma geyinib. “Ağ-qaralar”ın heyətindəki 9-cu görüş Filip üçün ümumilikdə 150-ci olub.