“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviç yenidən Monteneqro millisinə çağırılıb.
Sportnet.az xəbər verir ki, futbolçular 27 nəfərlik geniş heyətdə yer alıblar.
Qeyd edək ki, Monteneqro millisi Avro-2024-ün seçmə mərhələsinin son iki oyununda Litva (16 noyabr) və Macarıstanla (19 noyabr) qarşılaşacaq.