"Portu"nun müdafiəçisi Pepe Çempionlar Liqasında rekorda imza atıb.
Sportnet.az xəbər verir ki, o, bunu ötən gecə turnirin qrup mərhələsinin 4-cü turunda "Antverpen"lə matçda fərqlənməklə bacarıb.
Bununla da Pepe Çempionlar Liqasının tarixində qol vurmağı bacaran ən yaşlı futbolçu olub - 40 yaş 254 gün.
Qeyd edək ki, ötən gecə "Portu" "Antverpen"ə 2:0 hesabı ilə qalib gəlib.