
"Bayer”in müdafiəçisi Edmond Tapsoba Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun sabah Bakıda “Qarabağ”a qarşı keçiriləcək oyununu buraxacaq.
Sportnet.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Burkina-Faso millisinin futbolçusu ötən həftə Almaniya kubokunda “Sandhauzen”lə oyunda (5:2) sol əlindən zədə alıb. Onun əməliyyat olunacağı bildirilib.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Bayer" matçı saat 21:45-də başlayacaq.