
UEFA Avropa Liqasının qrup mərhələsində bu gün IV turun oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” növbəti matçına çıxıb.
H qrupunda yer alan Ağdam təmsilçisi Almaniyanın “Bayer 04” klubu ilə üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələri ötən turda səfərdə 1:5 hesabı ilə məğlub olduqları Leverkuzen komandasını Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib.
UEFA Avropa Liqası
H qrupu, IV tur
9 noyabr
21:45. “Qarabağ” (Azərbaycan) – “Bayer 04” (Almaniya) 0:1
Qol: Viktor Okoh, 90+4
Baş hakim: Kreyq Pouson (İngiltərə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu