“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun 2-ci mərhələsində keçirəcəyi cavab oyununun hakimləri müəyyənləşib.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın Yunanıstan təmsilçisi “Olimpiakos”la səfərdəki görüşünü Şimali İrlandiyadan olan ədalət təmsilçiləri idarə edəcək.
Noyabrın 29-da keçiriləcək matçın baş hakimi Ceymi Robinson olacaq. Ona həmyerliləri Adam Ceffri və Endryu Neteri kömək edəcəklər.
Xatırladaq ki, Pireydəki Georgios Karaiskakis stadionunda olacaq matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.