
“Əl-İttihad” baş məşqçi Marselo Qalyardo ilə müqavilə imzaladığını açıqlayıb.
Sportnet.az xəbər verir ki, argentinalı mütəxəssislə müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
“Əl-İttihad” noyabrın 8-də baş məşqçi Nuno Espirito Santonun istefaya göndərildiyini elan edib.
13 turdan sonra komanda 24 xalla Səudiyyə Ərəbistanı çempionatında beşinci pillədə qərarlaşıb.