"Barselona" ciddi itki ilə üzləşib.
Sportnet.az xəbər verir ki, Qavi İspaniya millisinin heyətində Avro-2024-ün seçmə mərhələsində Gürcüstana qarşı matçda zədələnib və meydanı erkən tərk etmək məcburiyyətində qalıb. Çarpaz bağları qopan 19 yaşlı yarımmüdafiəçinin 6-8 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.
Qeyd edək ki, İspaniya sözügedən görüşdə Gürcüstana 3:1 hesabı ilə qalib gəlib.