21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avro-2025-in seçmə mərhələsində növbəti oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu komanda Ukrayna yığması ilə qarşılaşıb. İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda keçirilən görüşdə U-21 millimiz 0:1 hesabı ilə uduzub. Oyunu Gürcüstandan olan hakimlər briqadası idarə edib.
Ukrayna 15 xalla liderdir. U-21 millimiz 3 xalla beşinci pillədə qərarlaşıb.
Yığmamız seçmə mərhələdə növbəti oyununu 2024-cü ilin martın 22-də evdə İngiltərə millisinə qarşı keçirəcək.
Avro-2025, seçmə mərhələ
22:00. Ukrayna - Azərbaycan - 1:0
Qol: Volodimir Brazko, 34-pen.
Baş hakim: İrakli Kvirikaşvili (Gürcüstan).
İspaniya. Mursiya. “Nueva Kondomina” stadionu.