
"Qarabağ" FK ilə dünyanın tanınmış idman institutlarından olan Johan Cruyff Institute (Yohan Kroyf İnstitutu) arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Sportnet.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.
Müqaviləyə əsasən, Ağdam klubunun Əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev və PR & Marketinq departamentinin rəhbəri Yusif Cəfərov sözügedən institutda təhsil alacaqlar. "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev də Yohan Kroyf institutunda təhsil alır.
Müqavilə şərtlərinə əsasən, klubun əməkdaşları və futbolçuları idman sahəsində təcrübələrini və təhsillərini artırmaq imkanı əldə edəcəklər.