
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) və FİFA video köməkçi hakimlərin (VAR) daha çox epizodlara müdaxilə etməsini müzakirə edəcək.
Sportnet.az xəbər verir ki, bu gün İngiltərədə olacaq iclasda VAR hakimlərinin səlahiyyətlərinin genişləndirilməsi imkanları nəzərdən keçiriləcək. Bildirilib ki, səlahiyyətlərə cərimə zərbələri, künc zərbələri və ikinci sarı vərəqə epizodlarına baxmaq əlavə edilə bilər.
Ancaq FİFA-nın belə olan halda oyunun tez-tez dayanmasından narahat olduğu vurğulanıb. İFAB-ın isə martdakı illik iclasına kimi yeni qərar verəcəyinin gözlənilmədiyi yazılıb. FİFA VAR-la bağlı dəyişiklərə razılıq versə belə, yekun qərar İFAB-a məxsus olacaq.