"Sabah" bu qış futbolçusu Kahim Parrislə yollarını ayıracaq.
Sportnet.az xəbər verir ki, bu barədə Ukraynanın tribuna.com nəşri məlumat yayıb.
Paytaxt klubu müqavilə ilə Kiyev "Dinamo"suna məxsus olan yamaykalı yarımmüdafiəçinin çıxışından razı deyil. Buna görə də "Sabah"ın 23 yaşlı futbolçu ilə vidalaşacağı bildirilib.
Qeyd edək ki, yayda "Sabah"a keçən Kahim Misli Premyer Liqada 11 oyuna çıxıb (650 dəqiqə) və 1 qol örürməsi edib. Onun icarə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub.