Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Livan yığmasında 2 aydan sonra istefaya göndərilib.
Sportnet.az xəbər verir ki, Livan Futbol Federasiyası xorvatiyalı mütəxəssislə yollarını ayırdığını açıqlayıb.
Yurçeviç 2019-cu ildə Azərbaycan millisini çalışdırıb. Yığma onun rəhbərliyi altında keçirdiyi 10 oyunun 1-də qələbə qazanıb, 2-də heç-heçə edib, 7-də məğlub olub.