“Turan Tovuz” Futbol Akademiyasının koordinatoru Rasim Əliyev, məşqçisi Elxan Abdıyev və qapıçı məşqçisi Yaməddin Əliyev yeniliklərlə tanış olmaq və təcrübələrini artırmaq məqsədi ilə Tiflis “Dinamo”sunun akademiyasında olublar.
Sportnet.az xəbər verir ki, 3 günlük səfər zamanı Tovuz klubunun məşqçiləri “Dinamo” Futbol Akademiyasının direktoru Giorgi İvanişvili, koordinatoru Qabriel Jervazi, baş seleksioneri Temuri Uqreçelidze və məşqçiləri ilə görüşlər keçiriblər.
Məşqçilər buradakı şərait, yeniliklər, məşq metodları, seleksiya qaydaları və digər məsələlər haqda geniş fikir mübadiləsi aparıblar. Hər iki akademiyanın əməkdaşlığı haqda ilkin razılıq əldə olunub.
“Dinamo” akademiyasının rəhbəri Giorgi İvanişviliyə “Turan Tovuz”un forması hədiyyə olunub.