Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulub. Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da qrupda sonuncu və vacib matçına çıxıb. Qurban Qurbanovun komandası Bakıda "Hekken"i qəbul edir. Bugünkü görüş "Qarabağ" və Azərbaycan futbolu üçün tarixi nəticə ilə yadda qalıb. İsveçdə keçirilən matçda "Hekken"ə 1:0 hesabı ilə qalib gələn Ağdam klubu bu oyunda da rəqibini üstələyib və 2-ci yerin sahibi kimi qrupdan çıxıb. Bununla da "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının pley-offuna yüksəlib. Əgər "Qarabağ" və "Molde" hər ikisi uduzsa, bu halda da Ağdam təmsilçisi şəxsi oyunlardakı üstünlüyə görə norveçliləri üstələyəcək və qrupu ikinci yerdə başa vuracaq. 14 dekabr UEFA Avropa Liqası 21:45."Qarabağ" (Azərbaycan) - "Hekken" (İsveç) - 2:1 Qol: Leandro Andrade, 1, Yassin Benzia, 45+4 - Bədavi Hüseynov, 90+4-avtoqol Qırmızı vərəqə: Marko Veşoviç, 56 ("Qarabağ") Baş hakim: Yucin Caya (Albaniya) Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |