
Avropa kuboklarının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” bu mərhələyə ciddi itkilərlə gedir.
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisinin zədəli müdafiəçisi Kevin Medina ilə yanaşı cinah müdafiəçisi Marko Veşoviç də pley-off-un ən azı 1 matçını buraxmalı olacaq.
Buna monteneqrolu futbolçunun bu gün “Hekken”lə (İsveç) qrupun son matçının 56-cı dəqiqəsində birbaşa qırmızı vərəqə alması səbəb olub. Rəqibə qarşı kobud oynayan futbolçuya 1, yoxsa 2 oyunluq cəzanı UEFA təyin edəcək.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları 15 və 22 fevralda keçiriləcək.