"Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Avropa Liqasının "pley-off" mərhələsinə yüksəlib.
Sportnet.az xəbər verir ki, "köhlən atlar" bunu Tofiq Bəhramov adına Respublika stadionunda İsveçin "Hekken" klubunu 2:1 hesabı ilə məğlub etməklə rəsmiləşdirib.
Final fitindən sonra Ağdam təmsilçisinin futbolçuları stadionu dövrə vuraraq, oyun boyu komandamızı dəstəkləyən azarkeşlərlə birgə qələbəni qeyd ediblər.
Oyundan sonra bu tarixi zəfər münasibəti ilə stadionda atəşfəşanlıq olub.