
PSJ-nin baş məşqçisi Luis Enrike komandanın hücumçusu Kilian Mbappe ilə münasibətindən danışıb.
Sportnet.az xəbər verir ki, ispaniyalı mütəxəssis Mbappe ilə arasında heç bir problemin olmadığını bildirib:
“Yaxşı münasibətimiz var. Başa düşə bilmirəm ki, jurnalistlər niyə bununla maraqlanır. Mbappe ilə münasibətim əladır, zarafat etməyi və gülməyi sevirik. Komandanın digər oyunçuları ilə də yaxşı münasibətim var”.
Xatırladaq ki, Fransa mətbuatında 25 yaşlı futbolçu ilə baş məşqçi arasında narazılıq olduğu bildirilirdi.