"Panatinaikos"un baş məşqçisi təyin edilən Fatih Terimin köməkçiləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, 70 yaşlı mütəxəssis "Qalatasaray"da birgə işlədiyi Necati Ateşi də Yunanıstan klubuna aparacaq.
Bundan başqa, Şükrü Hanedar, Mert Çetin və Eray Sözen də Terimin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq.
Qeyd edək ki, Türkiyə mətbuatı Fatih Terimin Yunanıstan klubu ilə 1.5 illik müqavilə bağlayacağını yazıb.