
“Qarabağ”ın qapıçısı Andrey Lunyov “Bayer” haqqında danışıb.
Sportnet.az xəbər verir ki, rusiyalı qapıçı keçmiş komandasının uğurlarına sevindiyini bildirib.
Lunyov Leverkuzen klubunda arzularının gerçəkləşmədiyini deyib: “Bayer”in, uşaqların uğurlarına çox sevinirəm. Orada, demək olar ki, eyni adamlar qalıb. Təbii, onlara görə narahatlıq keçirirəm. Leverkuzeni tərk etdiyimə görə, məyusam? Əlbəttə, yox. Gözləntilərim, ümidlərim və arzularımın həyata keçmədiyi period oldu. İndi artıq başqa yol seçmişəm”.
Qeyd edək ki, Lunyov “Qarabağ”a “Bayer”dəm keçib. Rusiyalı qapıçı zədələr üzündən Leverkuzendə möhkəmlənə bilməyib.