
"Qarabağ"ın Avropa Liqasının pley-offundakı rəqibi "Braqa"nın futbolçusu "Vulverhempton"a keçə bilər.
Sportnet.az xəbər verir ki, icarə əsasında "Eştoril"də çıxış edən Rodriqo Qomes sərfəli təklif alıb.
20 yaşlı futbolçu "Braqa" akademiyasının yetirməsidir. Yayda icarə əsasında "Eştoril"ə yollanan gənc yarımmüdafiəçi oyunu ilə bir çox klubların diqqətini çəkiib. "Vulverhempton" Qomesə 12 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Rodriqo "Eştoril" heyətində keçirdiyi 18 rəsmi qarşılaşmada 6 qol və 6 ötürmə ilə yadda qalıb.