"Neftçi" Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə "Araz-Naxçıvan"a 0:1 hesabı ilə məğlub olub.
Sportnet.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Miodraq Bojoviç matçdan sonra keçirilən mətbuat konfransında matçlar bağlı fikirlərini bölüşüb:
- Məncə, bu gün oyunumuz alınmadı. Rəqib qapısı qarşısında təhlükəli epizodlar yarada bilmədik. Oyun ərzində yüz faizlik qol şansımız olmadı. Düzdür, uzaqdan zərbələr var idi, amma xüsusi bir şey görmədim. Bu oyunda qələbəyə layiq deyildik.
- Penalti epizodunu necə dəyərləndirirsiz?
- Görə bilmədim. Mənim olduğum yerdən görünmürdü.