Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Türkiyənin “Kocaelispor” komandasının yeni baş məşqçisi məlum olub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Mustafa Gürsəl gətirilib. Onunla 1,5 illik müqavilə imzalanıb.
Mütəxəssis bu postda ötən gün istefa verən Ərtuğrul Sağlamı əvəz edib.
Qeyd edək ki, “Kocaelispor” hazırda Türkiyə 1-ci Liqasında 23 turdan sonra topladığı 43 xalla 3-cü pillədə qərarlaşıb.