
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin maliyyə meyarları üzrə meneceri Bəhram Dadaşov sertifikatla təltif edilib.
Sportnet.az xəbər verir ki, sertifikat “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda keçirilmiş seminarında “UEFA-nın Klubların Lisenziyalaşdırılması”nın 20 illiyinin tamam olması ilə əlaqədar verilib.
UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbir Niderlandın paytaxtı Amsterdam şəhərində keçirilib.