Argentina millisinin və "İnter Mayami"nin futbolçusu Lionel Messi ABŞ-ın ən populyar idmançısına çevrilib.
Sportnet.az cəbər verir ki, bu barədə SSRS tərəfindən araşdırma aparılıb.
Qurum 12 və yuxarı yaşda olan amerika idman həvəskarları arasında sorğu keçirib. Messi ABŞ-da 5 faiz səs toplayıb ki, bu da digər idmançılardan çox olub.
Daha əvvəl heç bir futbolçunun birinci olmadığı da vurğulanıb. Messidən əvvəl bu reytinqdə birinci yeri basketbolçu Maykl Cordan tutub.