
"Sumqayıt" futbol klubu yoxlama oyunu keçirəcək.
Sportnet.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Azərbaycanda təlim-məşq toplanışında olan Türkmənistanın “Nebitçi” kollektivi ilə üz-üzə gələcək.
Fevralın 28-də “Kapital Bank Arena”da reallaşacaq görüş saat 16:00-da start götürəcək.