
Azərbaycan Premyer Liqasında XXIII turdan təxirə salınmış oyun keçirilib.
Sportnet.az xəbər verir ki, “Qəbələ” doğma meydanda lider “Qarabağ”ı qəbul edib. Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda bütün qollar ikinci hissədə vurulub. Hesabı 47-ci dəqiqədə Adama Diakabi açıb. Hesabda geri düşən “qırmızı-qaralar” 52-ci dəqiqədə azlıqda qalıblar. Feras Abu Akal birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 59-cu dəqiqədə Riçard Almeyda penaltini dəqiq yerinə yetirib. Cəmi 6 dəqiqə sonra Nəriman Axundzadə 3-cü topu meydan sahiblərinin qapısından keçirib. Son nöqtəni isə 80-ci dəqiqədə Marko Yankoviç qoyub.
Bu qələbədən sonra xallarını 57-yə çatdıran “Qarabağ” zirvədəki yerini möhkəmlədib. “Qəbələ” isə 15 xalla sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, bu matç Kaxaber Sxadadzenin “Qəbələ”yə baş məşqçi təyin olunduqdan sonra ilk oyunu olub.
-----------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turdan təxirə salınmış oyun keçiriləcək.
Sportnet.az xəbər verir ki, "Qəbələ" "Qarabağ"ı qəbul edəcək.
Qəbələ şəhər stadionundakı qarşılaşma saat 19:00-da başlanacaq. Görüş Tural Qurbanovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Lider "Qarabağ"ın 54, sonuncu sıradakı "Qəbələ"nin 15 xalı var.
Azərbaycan Premyer Liqası
19:00. “Qəbələ” – “Qarabağ” - 0:4
Qollar: Adama Diakabi, 47. Riçard Almeyda, 59 (penalti). Nəriman Axundzadə, 65. Marko Yankoviç, 80
Qırmızı vərəqə: Feras Abu Akal, 52 ("Qəbələ")
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov