
"Sumqayıt" klubu futbolçusu Ayxan Süleymanlı ilə müqavilənin müddətini uzadıb.
Bu barədə Sportnet.az-a "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
20 yaşlı müdafiəçi 3+1 illik yeni sözləşmə imzalayıb.
Qeyd edək ki, 2022-ci ildən "Sumqayıt"ın formasını geyinən oyunçu bu vaxta qədər Premyer Liqada 16 matçda meydanda olub. Onun müqaviləsi mövsümün sonunda başa çatacaqdı.