
Əlcəzair millisi “FİFA series - Edition 2024” layihəsi çərçivəsində 2-ci oyununu keçirib.
Sportnet.az xəbər verir ki, komanda bu dəfə evdə Cənubi Afrika millisi ilə qarşılaşıb. Görüş 3:3 hesabı ilə yekunlaşıb.
"Qarabağ"ın futbolçusu Yassin Benzia da Əlcəzair millisinin əsas heyətində meydana çıxıb. 29 yaşlı yarımmüdafiəçi oyunda dubl edib. O, 22 və 70-ci dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, Yassin Benzia 5 il yarım sonra Əlcəzair millisinə çağırılıb. O, “FİFA series - Edition 2024” layihəsi çərçivəsində ilk oyunda - Boliviya ilə matçda da qol vurmuşdu.