İspaniya Kral Futbol Federasiyasının keçmiş prezidenti Luis Rubiales ölkəsinin hava limanında saxlanılıb.
Sportnet.az xarici mətbuata istinadən xəbər verir ki, buna funksionerin Superkubok matçının Səudiyyə Ərəbistanında keçirilməsi ilə bağlı apardığı danışıqlar zamanı korrupsiya hallarına yol verməsi səbəb olub.
İspaniya prokurorluğu L.Rubialesin həbsinə order verib.
Bundan əlavə, Rubialesin İspaniyanın qadınlardan ibarət millisinin futbolçusu Cennifer Hermosonu öpdüyü üçün 2,5 il həbs cəzası istənilib.