Gürcüstanın "Dinamo Tbilisi" klubunun futbolçusu Vakhtanq Salia karyerasını İngiltərədə davam etdirə bilər.
Sportnet.az "Teamtalk.com" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" və "Mançester Siti" gürcüstanlı hücumçunu izləyirlər.
16 yaşlı forvardın AVRO-2024-ün final mərhələsində Gürcüstan yığmasının heyətinə düşmək şansı var.
Qeyd edək ki, o, bu il 6 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.