Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası tarixin ən uzun qələbə və məğlubiyyətsizlik seriyalarını açıqlayıb.
Sportnet.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, qurum həm bütün yarışları, həm də ayrı-ayrı miqyasları əhatə edən turnirlər üçün rekordları müəyyənləşdirib.
Qələbə seriyası davam edən “Əl-Hilal” da siyahıda yer alıb. Səudiyyə Ərəbistanı çempionatında “Əl-Halec”i 4:1 hesabı ilə məğlub edən rekordçu 32-ci qələbəsinə sevinib.
Qələbə seriyaları
Bütün yarışlarda – “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) – 32
Milli çempionatlarda – “Ferensvaroş” (Macarıstan) və “Nasyonal” (Uruqvay) – 32
Beynəlxalq oyunlarda – “Bavariya” (Almaniya) – 16
Qitə kuboklarında – “Oklend Siti” (Yeni Zelandiya) – 16
Çempionlar Liqasında – “Bavariya” (Almaniya) – 15
Məğlubiyyətsizlik seriyaları
Bütün yarışlarda – “Seltik” (Şotlandiya) – 66
Daxili yarışlarda – “Styaua” (Rumıniya) – 119
Milli çempionatlarda – “ASEK Mimosas” (Fil Dişi Sahili) – 108
Milli çempionatlarda evdə - “Kano Pillars” (Nigeriya) – 202
Beynəlxalq oyunlarda – “Bavariya” (Almaniya) - 22
Beynəlxalq oyunlarda evdə - “Mançester Yunaytes” (İngiltərə) – 57
Qitə kuboklarında – “Oklend Siti” (Yeni Zelandiya) – 29
Çempionlar Liqasında - “Mançester Yunaytes” (İngiltərə) – 25
Çempionlar Liqasında evdə - “Barselona” (İspaniya) - 38