Braziliya millisinin və “Barselona”nın keçmiş müdafiəçisi Dani Alveş həbsdən çıxandan sonra ilk paylaşımını edib.
Sportnet.az xəbər verir ki, braziliyalı sabiq futbolçu sosial şəbəkə hesabında belə yazıb:
“Hansısa mediaya müsahibə verməyim doğru deyil. Məhkəmə bitənə qədər müsahibə verməyəcəm”.
Braziliyalı müdafiəçi bir qıza təcavüz etməkdə günahlandırılaraq 4,5 il müddətinə azadlıqdan məhrum edilib. 2024-cü ilin mart ayının sonunda Alveş 1 milyon avro girov müqabilində sərbəst buraxılıb.
Alveşin mənəvi təzminat kimi zərərçəkənə 150 min avro ödəməsinə də qərar verilib.