UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, İspaniya klublarından “Atletiko” ev, “Barselona” səfər matçına çıxıb.
Madrid təmsilçisi öz meydanında Dortmund “Borussiya”sını minimal fərqlə üstələyib. Kataloniyalılar isə Parisdə yerli PSJ-ni məğlub ediblər.
Bu cütlər arasında cavab görüşləri aprelin 16-da keçiriləcək.
Qeyd edək ki, bir gün əvvəl keçirilən qarşılaşmalarda “Real” (İspaniya) “Mançester Siti” (İngiltərə) ilə 3:3, “Arsenal” (İngiltərə) isə “Bavariya” (Almaniya) ilə 2:2 hesablı heç-heçə edib.
------------------------------------
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində bu gün daha iki oyun keçiriləcək.
Sportnet.az xəbər verir ki, günün qarşılaşmaları Madrid və Parisdə baş tutacaq.
“Atletiko” doğma arenasında Dortmund “Borussiya”sını qəbul edəcək. Digər görüşdə “Barselona” PSJ-nin qonağı olacaq.
Bu cütlərdə cavab matçları aprelin 16-da keçiriləcək.
Qeyd edək ki, dünən baş tutan mərhələnin ilk iki oyununda “Real” (İspaniya) “Mançester Siti” (İngiltərə) ilə 3:3, “Arsenal” (İngiltərə) isə “Bavariya” (Almaniya) ilə 2:2 hesablı heç-heçə edib.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
10 aprel
“Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) - 2:1
Qollar: Rodriqo de Paul, 5, Samuel Lino, 32 – Sebastien Alle, 81
Baş hakim: Marko Quida (İtaliya)
Madrid, “Metropolitano” stadionu
PSJ (Fransa) – “Barselona” (İspaniya) - 2:3
Qollar: Usman Dembele, 48, Vitinya, 51 - Rafinya, 37, 62, Andreas Kristensen, 77
Baş hakim: Entoni Teylor (İngiltərə)
Paris, “Park De Prens” stadionu