Türkiyənin “Fənərbağça” klubunun müdafiəçisi Ceyden Ostervolde Niderlandda əməliyyat olunacaq.
Sportnet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin “Olimpiyakos”la Yunanıstanda keçirilən matçın 43-cü dəqiqəsində zədələnən 22 yaşlı futbolçunun durumu ciddidir.
O, əməliyyat olunmaq üçün bu gün Niderlanda yollanacaq. Ostervolde üçün mövsümün erkən bitdiyi iddia olunur.
Qeyd edək ki, Ceyden Ostervolde bu mövsüm meydana çıxdığı 41 oyunda 2 qol vurub.