UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.
Sportnet.az xəbər verir ki, gecənin maraqla gözlənilən oyunlarından biri İngiltərədə keçirilib.
“Etihad” stadionunda baş tutan matçda “Mançetser Siti” İspaniya nəhəngi “Real”la üz-üzə gəlib. Bu komandalar arasında ilk oyun 3:3 hesabı ilə yekunlaşıb. Cavab matçının əsas vaxtında da qalib müəyyənləşməyib - 1:1. Əlavə vaxtda tərəflərdən heç biri fərqlənə bilmədiyi üçün penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan. "kral klubu" adını yarımfinala yazdırıb.
“Bavariya” – “Arsenal” matçı gecənin növbəti dueli olub. Londonda 2:2 hesabı ilə bərabərə qalan kollektivlər cütün taleyinə “Alyans Arena”da aydınlıq gətirib. Matçın taleyini 1 qol həll edib. Rəqibinə qalib gələn münhenlilər növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, bu cütlərin qalibləri yarımfinalda üz-üzə gələcəklər.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
17 aprel
23:00. “Mançester Siti” (İngiltərə) - “Real” (İspaniya) - 1:1 (PENALTİLƏR SERİYASINDA - 3:4)
Baş hakim: Daniele Orsato (İtaliya).
Mançester, “Etihad” stadionu.
İlk oyun – 3:3.
23:00. “Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə) - 1:0
Qol: Coşua Kimix, 63
Baş hakim: Danni Makkeli (Niderland).
Münhen, “Alyans Arena”.
İlk oyun – 2:2.