
Xorvatiya mətbuatı mövsümün sonunda "Dinamo"nu tərk edəcək futbolçularla bağlı yazı dərc edib.
Sportnet.az xəbər verir ki, “Sportske novosti”də Zaqreb klubunu tərk edəcək oyunçular arasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də adı qeyd olunub:
"Mövsümün sonunda Mahir Emreli, Tibor Haliloviç, Sadeq Moharami və Boşko Şutalonun başqa komandalara gedə biləcəyi gözlənilir. Əgər onlar üçün adekvat həll yolu tapılarsa. Həmin futbolçuların yerini isə aylıq maaşı təxminən 1600 avro olan gənclər tutacaq. Təbii ki, komandanı gücləndirəcək və ya keyfiyyətli əlavələr kimi baxılacaq bir neçə yeni oyunçu da olacaq".
Xatırladaq ki, Mahir Emrelinin “Dinamo” ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.