
UEFA Çempionlar Liqasında 2023-2024-cü illər mövsümünə yekun vurulub.
Sportnet.az xəbər verir ki, final oyununda İspaniyanın “Real” klubu ilə Almaniya təmsilçisi “Borussiya” (Dortmund) üz-üzə gəlib.
Londondakı “Uembli” stadionunda oynanılan görüş "kral klubu"nun qələbəsi ilə başa çatıb - 2:0.
Hesabı 74-cü dəqiqədə Dani Karvahal vurub. Son nöqtəni isə 84-cü dəqiqədə Vinisius Junior qoyub.
Bununla da "Real" tairixində 15-ci dəfə Çempionlar Liqasının qalibi olub.
Çempionlar Liqası
Final
1 iyun
23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Real" (İspaniya) - 0:2
Qollar: Dani Karvahal, 74. Vinisius Junior, 84
Baş hakim: Slavko Vinçiç (Slovakiya)
London, "Uembli" stadionu