
Azərbaycanın futbol üzrə amputant millisi Fransanın Evian şəhərində təşkil olunan Avropa çempionatında bu gün ikinci matçına çıxacaq.
Sportnet.az xəbər verir ki, yığma Türkiyə kollektivi ilə üz-üzə gələcək.
C qrupundakı qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Qardaş ölkə təmsilçisi ötən gün İsraili 6 cavabsız qolla üstələyib. Azərbaycan komandası isə İrlandiyaya yenilib - 0:1.