Azərbaycan minifutbol millisi Bosniya və Herseqovinada təşkil olunan Avropa çempionatının qrup mərhələsində son oyununu keçirib.
Sportnet.az xəbər verir ki, yığma F qrupunda Fransa ilə qarşılaşıb. Görüş Elşad Quliyevin komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yer aldığı qrupda maksimum nəticə göstərən milli turnir cədvəlini 9 xalla birinci sırada tamamlayıb. Yığmamız pley-off mərhələsində E qrupunun ikincisi olacaq Bolqarıstan və ya Serbiya yığmalarından biri ilə qarşılaşacaq.
Qeyd edək ki, bundan əvvəlki iki turda Azərbaycan yığması Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib.
-----------------------------------
Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında bu gün növbəti matçını keçirəcək.
Sportnet.az xəbər verir ki, millimiz qrup mərhələsinin üçüncü turunda Fransa ilə qarşılaşacaq.
Matçın start fiti saat 19:00-da səsləndiriləcək.
Qeyd edək ki, bundan əvvəlki iki turda Azərbaycan yığması Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib. Hazırda komanda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 3 xalla üçüncü, Belçika 1 xalla sonuncu pillədə qərarlaşıb.