
Bosniya və Herseqovinada keçirilən minifutbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinə start verilib.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisinin pley-off mərhələsindəki rəqibi Bolqarıstan yığması olub.
Oyuna yaxşı başlayan komandamız erkən qol vurub. Ramiz Çovdarov cərimə zərbəsindən fərqlənib. Ancaq birinci hissədə rəqib hesabı bərabərləşdirməyi bacarıb - 1:1. İkinci hissə isə millimizin üstünlüyü şəraitində keçib. Əvvəlcə Təmkin Xəlilzadə, daha sonra isə Rəvan Kərimovun qolları ilə yığmamız 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi 1/4 finalda Qazaxıstan seçməsi ilə qarşılaşacaq.
--------------------------------------
Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında bu gün 1/8 final matçına çıxacaq.
Sportnet.az xəbər verir ki, millimiz Bolqarıstanla qarşılaşacaq.
Matçın start fiti saat 19:30-da səsləndiriləcək.
Qeyd edək ki, yığma qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı isə 3:1 hesabı ilə məğlub edərək 1/8 finala maksimum nəticə ilə yüksəlib. Bolqarıstan isə Gürcüstan, Serbiya və Portuqaliya ilə mübarizə apardığı E qrupunda 6 xalla ikinci olub.
Milli qələbə qazanacağı təqdirdə, 1/4 finalda Qazaxıstan - Sloveniya matçının qalibi ilə üz-üzə gələcək.