Azərbaycanın futbol üzrə amputant millisi Fransanın Evian şəhərində təşkil olunan Avropa çempionatında ilk qələbəsini qazanıb.
Sportnet.az xəbər verir ki, yığma 9-16-cı yerlər uğrunda qarşılaşmada ilk olaraq Yunanıstanla üz-üzə gəlib.
Qarşılaşma millinin qalibiyyəti ilə bitib - 2:1.
Qeyd edək ki, qrup mərhələsində İrlandiya (0:1) və Türkiyəyə (1:12) uduzan milli İsraillə heç-heçə edib - 1:1.