Bu gün AVRO-2024-ün 1/8 final mərhələsinə yekun vurulub.
Sportnet.az xəbər verir ki, 1/4 finalın son iştirakçısı Leyptsiqdə bəlli olub.
Türkiyə yığması Avstriya ilə üz-üzə gəlib. Görüşün favoriti avstriyalılar olsalar da, "ay-ulduzlular" 2:1 hesabı ilə qalib gəliblər. Türkiyə millisinin hər iki qoluna müdafiəçi Merih Demiral imza atıb.
Qeyd edək ki, 1/4 final mərhələsi iyulun 5-də başlayacaq.
-----------------------------------
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/4 finalın daha bir iştirakçısı bəlli olub.
Sportnet.az xəbər verir ki, 1/8 finalda Rumıniya yığmasına 3:0 hesabı ilə qalib gələn Niderland millisi növbəti raunda vəsiqə qazanıb.
Matçda hesab 20-ci dəqiqədə açılıb. "Narıncılar"ın heyətində Kodi Qakpo fərqlənib. Görüşdə digər qolları isə 83 və 90+3-cü dəqiqələrdə Daniel Malen vurub.
Niderland millisi 1/4 finalda Avstriya-Türkiyə cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İngiltərə, İspaniya, Fransa və Portuqaliya kollektivləri 1/4 finala adlayıblar.