
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinin daha bir iştirakçısı bəlli olub.
Sportnet.az xəbər verir ki, 1/4 finalda Portuqaliya yığmasına qalib gələn Fransa millisi növbəti raunda vəsiqə qazanıb.
Matçın əsas və əlavə vaxtı qolsuz heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq (5:3) oynayan fransızlar yarımfinalda İspaniyanın rəqibi olub.
Qeyd edək ki, 1/4 finalın son iki oyunu bu gün keçiriləcək.
-------------------------------------------
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında ilk yarımfinalçı bəlli olub.
Sportnet.az xəbər verir ki, Almaniya yığmasına 2:1 hesabı ilə qalib gələn İspaniya millisi növbəti raunda vəsiqə qazanıb.
Hesabı 51-ci dəqiqədə ispanlardan Dani Olmo açıb. Florian Virts 89-cu dəqiqədə tarazlığı bərpa edib. Matçın əsas vaxtı heç-heçə ilə yekunlaşdığından qalib əlavə dəqiqələrdə müəyyənləşib. 119-cu dəqiqədə fərqlənən Mikel Merinp pireneyliləri yarımfinala daşıyıb.
Qeyd edək ki, İspaniya millisinin yarımfinaldakı rəqibi Portuqaliya - Fransa cütünün qalibi olacaq.
-----------------------------------
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 final oyunlarına start veriləcək.
Sportnet.az xəbər verir ki, günün ilk matçında İspaniya və Almaniya yığmaları üz-üzə gələcək.
Pireneylilər 1/8 finalda Gürcüstanı (4:1), meydan sahibləri isə Danimarkanı (2:0) mübarizədən kənarlaşdırıb.
Erkən final kimi xarakterizə olunan görüş Ştutqart şəhərindəki "MHP Arena"da keçiriləcək.
Növbəti qarşılaşmada isə Portuqaliya və Fransa milliləri güclünü ayırd etməyə çalışacaqlar. Əvvəlki mərhələdə portuqaliyalılar Sloveniyanı (0:0, penaltilər seriyasında 3:0), fransızlar isə Belçikanı (1:0) məğlub ediblər. Bu oyun Hamburqdakı “Folksparkştadion"da baş tutacaq.
Qeyd edək ki,1/4 finalın digər iki görüşü iyulun 6-da baş tutacaq.
AVRO-2024
1/4 final
5 iyul
20:00. İspaniya - Almaniya - 2:1
Qollar: Dani Olmo, 51. Mikel Merinos, 119 - Florian Virts, 89
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart, "MHP Arena".
23:00. Portuqaliya - Fransa - 0:0 (Penaltilərdə 3:5)
Baş hakim: Maykl Oliver (İngiltərə).
Hamburq, “Folksparkştadion".