
Üçqat dünya çempionu Pelenin oğlu Edinyu baş məşqçisi olduğu "Moji-Mirina" klubundan qovulub. Sportnet.az-ın məlumatına görə, bu qərarı klubun prezidenti Braziliya millisinin sabiq üzvü Rivaldo verib.
Komanda Braziliya II Divizionunda "Oeste" ilə heç-heçə etdikdən sonra Rivaldo bu addımı atıb.
Qeyd edək ki, daha öncə Edinyu narkobiznesin üzvü olduğuna görə 33 il müddətinə həbs cəzasına məruz qalıb. Lakin Apellyasiya məhkəməsinə müraciət etdiyi üçün, məsələ tam araşdırıldığı müddətdə o, sərbəstlikdə qalacaq. 2006-ci ildə isə eyni səbəbdən yarim il türmədə olub. Vəkillər onun günahsızlığını sübut etdikdən sonra azad edilib.







































































