Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan yığma İsveçrə seçməsi ilə qarşılaşıb.
Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsini 4 xalla sonuncu - IV pillədə bitirib.
--------------------------------------------
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan yığma İsveçrə ilə qarşılaşacaq.
Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda baş tutacaq görüşü Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Avropa çempionatı, seçmə mərhələ
16 iyul
21.00. İsveçrə - Azərbaycan - 3:0
Hakimlər: Miriama Boçkova, Miroslava Pastorekova, Aleksandra Varqova, Suzana Valentova (hamısı Slovakiya).
Lozanna, "Olimpik De La Pontez" stadionu.
Qeyd edək ki, B Liqasının 1-ci qrupunda İsveçrə, Macarıstan və Türkiyə ilə mübarizə aparan Azərbaycan millisi 4 xalla sonuncu pillədə qərarlaşıb.