Bu gün AFFA-nın inzibatı binasında İntizam Komitəsinin iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, iclasda Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXVI turunda baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
"Neftçi” – AZAL matçının 55-ci dəqiqəsində AZAL futbolçusu Orxan Lalayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 75-ci dəqiqəsində "Neftçi”nin futbolçusu Əziz Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

"Sumqayıt” – "İnter” matçında "İnter” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
"Xəzər Lənkəran” – "Simurq” matçında "Simurq” klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 2500 manat cərimə olunub.