Fransanın futbol üzrə altıqat çempionu olan "Bordo" klubu fəaliyyətini dayandıra bilər.
Sportnet.az xəbər verir ki, bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.
Klub borclarını ödəmək üçün təcili olaraq 40 milyon avro tapmalıdır. Əks halda, "jirondinlər" iflas və ləğv üçün müraciət edəcək.
Bordo rəhbərliyi "Liverpul"un sahibi olan Amerika şirkəti ilə danışıqlar aparsa da, nəticəsiz qalıb.
Qeyd edək ki, "Bordo" klubu 2023/24 mövsümünü Liqa 2-də 12-ci yerdə başa vurub.