“Sabah”ın sabiq futbolçusu Xuan Kamara növbəti dəfə komandasını dəyişib.
Sportnet.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasında 12-ci komanda ilə anlaşıb.
“Vilyarreal”ın yetirməsi yenidən vətəni İspaniyada oynayacaq. O, həvəskar səviyyə hesab edilən 5-ci liqada – yəni Terkara liqasında mübarizə aparan "Real Jaen"lə anlaşıb. Futbolçu qarşıdakı mövsümü həmin komandada keçirəcək.
Qeyd edək ki, Xuan Kamara 2021-22 mövsümünü “Sabah”ın heyətində keçirib.